“Səba” şirkəti: “Anbarlarımızda istənilən qədər toyuq əti var”
Azərbaycanın ən böyük quş əti istehsalçılarından olan "Səba” şirkəti bildirib ki, mağazaları istədikləri qədər toyuq əti ilə təmin edə bilər.
"Əgər hər hansı mağaza toyuq əti qıtlığı çəkirsə, birbaşa bizim şirkətin satış üzrə məsul şəxslərə zəng edib, istədiyi həcmdə quş əti sifariş edə bilər” – Səba-dan belə bildiriblər. Şirkətin media ilə əlaqələndiricisi əlavə edib ki, Səba-nın həm anbarlarındakı, həm də günlük istehsaldakı həcmi hər zamankı kimi ehtiyacları ödəməyə kifayətdir.
Qeyd edək ki, Səba şirkəti istehsal etdiyi toyuqları öz becərdiyi dənli bitkilərlə yemləyir. 2016-cı ildə Səba ölkədə ilk dəfə olaraq böyük ərazidə soya becərib və toyuğun yem rasionuna daxil olan bu əsas məhsulu da ölkədə yetişdirmənin mümkünlüyünü nümayiş etdirib.
Maraqlanan mağaza sahiblərinin diqqətinə əlaqə üçün SƏBA ASC-nin Satış departamentinin telefon nömrələrini çatdırırıq: 0124481601; 0502718238; 0502718204
BAKU.WS
Oxşar xəbərlər
Səba xaması halaldır?
Heyvan mənşəli qidaların halallığına xüsusi əhəmiyyət verənləri bu sual yəqin ki, çox düşündürür. Suala dünyanın məşhur halal sertifikasiya qurumlarından olan...