Sabahın hava proqnozu
27
noy
2017
13:15
Bakıda və Abşeron yarımadasında noyabrın 28-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında noyabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu açıqlandı
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-...