Sabaha olan hava proqnozu açıqlandı
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 14-dən 15-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında müalyim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 8-12, gündüz 16-20 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, aprelin 17-dək Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
BAKU.WS
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu açıqlanıb
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Report”a verilən...