Sabah hava soyuyacaq
11
iyn
2018
13:59
İyunun 12-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)arabir güclənən şimal-qərb küləyinin əsməsi nəticəsində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında norma daxilində olan temperatur rejimi və mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda 26, rayonlarda 32 dərəcə isti olacaq
Sabah gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 10-da Bakıda və Abşeron yarımadasınd...