Bazar günü hava dəyişkən olacaq
12
may
2018
14:57
Mayın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-16, gündüz 21-25, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 758 civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.Mayın 13-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 13-14 dərəcə isti təşkil edəcək.Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında mayın 13-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbə...