Sabah hava dəyişəcək: Külək başlayacaq
15
noy
2017
13:30
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti olacağı gözlənilir. Bakıda gecə 9-11° isti, gündüz 15-17° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Sabah 22 dərəcə isti olacaq
İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən...