Sabah Bakının Azadlıq prospektinin bir hissəsi bağlanacaq

Sabah Bakının Azadlıq prospektinin bir hissəsi bağlanacaq
Şou-biznes 1904
Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır.“Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi, prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.BAKU.WS

Oxşar xəbərlər

DİQQƏT! Binəqədi şosesində hərəkət məhdudlaşdırılır

DİQQƏT! Binəqədi şosesində hərəkət məhdudlaşdırılır

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən...

2163 Sosial 17:11 30 noyabr 2017

Son xəbərlər