Sabah Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq

Sabah Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
Şou-biznes 8259
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu Abşeronda gecə 22-25° isti, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-55 % olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz. Lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti olacağı gözlənilir.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət gününün hava proqnozu açıqlandı

İstirahət gününün hava proqnozu açıqlandı

Sabah Azərbaycanda hava əsasən yağmursuz olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata g...

7 Şou-biznes 12:06 26 avqust 2017

Son xəbərlər