Rusiyalı aktyor Bakıda sürət yarışına çıxdı (FOTO)

Rusiyalı aktyor Bakıda  sürət yarışına çıxdı (FOTO)
Şou-biznes 1988

Rusiyalı aparıcı Kseniya Sobçakın həyat yoldaşı aktyor Maksim Vitorqan Bakı küçələrində avtomobil yarışı keçirib.

BAKU.WS xəbər verir ki, rusiyalı aktyorla bərabər eyni maşında azərbaycanlı aktyor məşhur KVN komandası "Parni iz Baku"nun iştirakçısı Tahir İmanov da olub. Məlum olub ki, bütün bunlar yeni filmin çəkilişi üçündür. Yeni "Kilimancaro filminin çəkilişi üçün sürət yarışına çıxan aktyorları çəkiliş qrupu qoruyub. Filmdə Vitorqan və İmanov eyni soyadı daşıyan polis Mamedov qardaşlarını canlandırırlar.

Onlar moskvalı Marusyanın nişanlısını axtaran bir dəstəyə qoşulur. Belə ki, Rusiyada baş tutan toy mərasimində Marusyanın nişanlısı gəlib çıxmır. Lakin o, əmindir ki, bəy fikrini dəyişməyib onun başına nəsə iş gəlib. Marusya baş tutmayan toyun qonaqları ilə birlikdə oğlanı xilas etmək üçün Bakıya üz tutur. 

Fimdə baş rola aktrisa İrina Starşenbaum çəkilib. Pavel Priluçnıy Marusyaya nişanlısını axtarmaqda kömək edən Timur obrazını canlandırır. Filmdə həmçinin məşhur aktrisa və bloqer irina Qarbaçeva da rol alıb.

 

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər