Röya Ayxanın qardaşı nişanlandı - FOTO/VİDEO

Xalq artisti Röya Ayxanın qardaşı İsmayıl subaylığın daşını atıb.
BAKU.WS xəbər verir ki, o, uzun müddətdir sevib-seçdiyi Cansu adlı xanımla evlilik yolunda ilk addım ataraq nişanlanıb. Məclis dəbdəbəli məkanlardan birində baş tutub. Bu haqda Röya Ayxan özü məlumat verib. O, nişan mərasimindən görüntülər yayımlayıb. Röyanın tanınmış sənət dostları onu qardaşının bu şad günü münasibətilə təbrik edərək xoş arzularını yazıblar.
Qeyd edək ki, Xalq artisti müsahibələrindən birində Türkiyə şou-biznesində fəaliyyət göstərən müğənni qardaşı İsmayılın sevgilisi olduğunu, həmin qızın bağçada tərbiyəçi işlədiyini bildirmişdi.
Qalereya
Oxşar xəbərlər
Pandemiyadan sonra evlənən və övladlarına toy edən MƏŞHURLAR - FOTO
İyulun 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində toyların keçirilməsinə icazə verilib. Hər kəs istədiyi şənl...
