Repçi Qurdun həyat yoldaşı bu video ilə ayrılıq iddialarına son qoydu
Yeniliklərdən dərhal xəbərdar olun
Repçi Qurdun (Fərid Eminov) həyat yoldaşı Leyla Eminova açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sosial şəbəkə izləyicilərinin suallarını cavablandıran Leyla həyat yoldaşı ilə görüntülərini paylaşıb və ondan ayrılmadığını vurğulayıb:
"Hər dəfə yazırsınız ki, "Ayrılmısınız... Sizi bir yerdə görmürük". Mənim sevib-seçdiyim insan bu ölkənin vətəndaşlarının xoş günlərində yanında olmalıdır. Mən elə olur qohum-dostların toyuna, yasına da onun əvəzinə gedirəm. Bir çox ailədən fərqli olaraq biz matən günlərdində bir-birimizlə vaxt keçirmə imkanı tapırıq".
Xatırladaq ki, Leyla İlə Qurd 2021-ci ilin noyabrın 14-də evlənib. Hazırda cütlüyün bir azyaşlı qızı var.
Bu Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...