"Recep İvedik 5"lə bağlı daha bir qalmaqal - bu kadrlar da çıxarılır (VİDEO)
Türkiyə Güləş Federasiyası "Recep İvedik 5" adlı filmin anonsundakı bəzi səhnələrə görə açıqlama yayıb.
BAKU.WS-in məlumatına görə, Federasiya filmdə güləşin əxlaqdan uzaq bir idman növü kimi göstərildiyini iddia edir. Yayımlanan açıqlamada qeyd edilir ki, cəmiyyətin gözündə güləşçi idmançılar təhqir olunur.
"Heç kimin belə bir haqqa sahib olmadığını xatırladaraq, filminizdə nəşr olunacaq güləş ilə əlaqədar səhnələrin idmanın qaydasına uyğun hala gətirilməsi və ya filmdən çıxarılmasını tələb edirik. Əks halda başqa hüquqi yollara müraciət etmək məcburiyyətində qalacağıq", - deyə Federasiyanın bəyatında qeyd olunub.
Xatırladaq ki, bir neçə gün öncə də filmdə azərbaycanlı boksçu ilə bağlı bir səhnə izləyicilərin kəskin reaksiyasına səbəb olmuşdu. Nəticədə, aktyor Şahan Gökbakar filmdən həmin səhnəni çıxardığını açıqladı.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlıları qəzəbləndirən səhnə "Receb İvedik 5"dən çıxarıldı - VİDEO
Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı. BAKU.WS xəbər verir ki, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar "İnstaqram" səhifəsində...