"Qaraca qız"ın Ağcası 51 il sonra - VİDEO

Qaraca qızın Ağcası 51 il sonra - VİDEO
Video
Şou-biznes 1564

Mən onunla ilk dəfə uşaqlığımda görüşmüşdüm. Ucqar bir kənd evinin mavi ekranında. İndi isə Bakı xareoqrafiya məktəbində üz üzə oturmuşuq. Mənim uşaqlığımın Xədicəsi, gəncliyimin Leyli Axundovası ilə, məşhur "Qaraca qız"ın Ağcasıyla.

Xəyalımdakı Ağca qarşımdakı Leyli. İllər onu çox dəyişməyib. Gözəl simasını biraz qırışlar, qıvırcıq saçlarına isə dən düşüb. Məsumiyyəti isə elə həminkidi...

Balaca Leyli hətta bu film zamanı çox çətin anlarla qarşılaşır. İlanla bağlı çəkilən kadrda uşaqlığının ən böyük travmasını alıb. Hətta filmdən üz döndürmək qərarına belə gəlir.

Uşaqlığının ən yaxın dostu qaraça qızın ölüm səhnəsini xatırlyanda belə müsahibim o anları yaşayır. həmin səhnəni daha təbbi alınması üçün ona tutunun həqiqətən öldüyünü deyirlər.

Mən təpəyə çatanda gördüm ki, Piri baba bir qəbirin başındadır. Mənə dedilər Tutu ölüb. Mən çox ağladım, sonra Sevili gətirdilər ki, o ölməyib.

Onun həyatında bu filmin yerini heç nə tuta bilməyib. Leyli xanımın aktyorlara bir də ürək sözü var:

Oynamaq yox yaşamaq lazımdır.

Özünün ekran həyatının 51-ci ilini yaşayan "Qaraçı qızı"filmi əslində həm də bir bəy qızının simasında yaddaşlarda qalıb. Qara qızın ağ bəxti kimi...

Son xəbərlər