Gəlinlik geyinən Vüsalə: "...hər şey bundan sonra başlayır" (VİDEO)

04
yan
2019
16:36
Aparıcı, aktrisa Vüsalə Əlizadə yeni seriala çəkilir. BAKU.WS-ə açıqlama verən tanınmış "Bacanaqlar" serialının yeni bölümlərində rol aldığını deyib: "İlk dəfə elə "Bacanaqlar" serialına çəkilmişəm. Ondan sonra "Qardaşlar" serialında baş rollardan birini ifa edirdim. İndi yenidən "Bacanaqlar" serialına dəvət aldım. Serialın bütün heyətini dəyişiblər. Əsas heyətimizə Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyorlar Elməddin Cəfərov, Ənvər Abbasov və aktrisa Nigar Tofiq daxildir. İnanıram ki, çox maraqlı olacaq. Serialda Leyli obrazını canlandırıram. Leyli Talehlə ailə həyatı qurur və hər şey bundan sonra başlayır". Qeyd edək ki, Vüsalə Əlizadə, həmçinin, ATV və "Renk Medya" şirkətinin birgə istehsalı olan "Dəb mənəm" verilişinin aparıcısıdır. Hüseyn MəmmədsalahovBAKU.WS 


Oxşar xəbərlər
Əməliyyat olunan Vüsalə Əlizadə: "Dözə bilmirdim"
“Dəb mənəm” proqramı ilə ekranlara geri qayıdan tanınmış aparıcı Vüsalə Əlizadə əməliyyat olunub. Bu barədə Vüsalənin aparıcılıq etdiyi müsabiqənin rəsmi səhifə...
