"40 yaşı var, subay oğlanı sevir" - Aktrisa Fidan Axundova (EKSKLÜZİV)
16
avq
2018
11:09
Aktrisa Fidan Axundova yeni seriala çəkilir. BAKU.WS xəbər verir ki, aktrisa 4 ildir rol aldığı "Bacanaqlar" serialından ayrılıb.Yeni "Könül yarası" adlı seriala dəvət alan F. Axundova saytımıza eksklüziv açıqlama verib:"4 ildir rol aldığım "Bacanaqlar" serialından ayrılıdım. Dram üçün darıxmışdım. Yeni "Könül yarası" serialında baş rollardan birini canlandırıram. Tərəf müqabilim gənc aktyor İbrahim Çingizdir. Əsəri, obrazımı çox bəyəndim və çəkilməyə razılıq verdim. Serialımız imkansız bir sevgi hekayəsindən bəhs edir, hansını ki, azərbaycan mentaliteti qəbul etmir. Obrazımın 40 yaşı var, birinci ailəsi dağıılıb. İndi isə özündən yaşça kiçik subay oğlanı sevir". Qeyd edək ki, serial yeni mövsümdə ARB telekanalında yayımlanacaq. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Mini ətəkli aktrisanın klounla şıdırığı rəqsi - VİDEO
Aktrisa Gülşən Hüseynli şəxsi "Instagram" hesabında yeni video paylaşıb. BAKU.WS xəbər verir ki, mini ətəyi ilə göz qamaşdıran aktrisa rəfiqəsinin doğum günündə...