Azərbaycanlı aktrisa sevdiyi şəxsdən danışdı: “Qısqancdır, amma..."
15
dek
2017
21:49
Gənc aktrisa Ləman Novruzova şəxsi həyatı haqda etiraflar edib.BAKU.WS-in məlumatına görə, aktrisa Milli.Az-a açıqlamasında sevdiyi şəxsdən danışıb."Etiraf edim ki, artıq həyatımda biri var. Mən onunla təxminən 2 il əvvəl tam təsadüfən dostlaşmışdım. O zamanlar qətiyyən bir-birimizə qarşı hisslərimiz yox idi. Yaxşı anlaşan, səmimi iki insan idik. Zamanla bu yaxşı münasibət dostluğa çevrildi. Nəhayət 2 il sonra, yəni keçən ayın sonlarında sevgi münasibətinə başladıq. Sevdiyim şəxs hüquqşünasdır. Ayrı-ayrı peşə sahələrində çalışmağımıza baxmayaraq, o sənəti sevir və qiymətləndirir. Bütün kişilər kimi o da qısqancdır, amma qısqanclığı ilə məni sıxmamağa, sənətimə mane olmamağa çalışır. Nə yalan deyim o bunu bacarır da", - deyə aktrisa bildirib.Qeyd edək ki, aktrisa hal-hazırda "Ögey ana" serialında çəkilir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı aktyor Türkiyədə möhtəşəm uğur qazandı
Azərbaycanlı aktyor Hikmət Rəhimov və aktrisa İlahə Həsənova beynəlxalq kino festivalında mükafat qazanıb.BAKU.WS-in məlumatına görə, 5-ci Antakya Beynəlxalq Fi...