Proqnozlar Bürosu: Havanın temperaturu tədricən yüksələcək
16
apr
2018
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti iki gündə Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında deyib ki, aprel ayının 17-18-də ölkə ərazisində hava şəraitinin mülayim, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.Onun sözlərinə görə, lakin aprelin 17-i səhər saatlarında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var: "Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək". G.Məmmədova qeyd edib ki, növbəti günlərdə mülayim şərq küləyi əsəcək.BAKU.WS
Oxşar xəbərlər
ETSN-dən xoş xəbər: "Havalar istiləşir". Növbəti 4 gününü hava proqnozu AÇIQLANDI
Azərbaycan ərazisində növbəti 4 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromet...