Proqnozlar Bürosu: Hava şəraiti sabahdan etibarən sabitləşəcək, temperatur 2-3 dərəcə yüksələcək
10
noy
2017
11:02
“Ölkədə qeyri-sabit hava şəraiti noyabrın 11-i gündüzədək davam edəcək”.BAKU.WSxəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.O bildirib ki, sabah - noyabrın 11-də gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək: “Sabah gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Noyabrın 12-də və 13-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Noyabrın 12-də havanın temperaturu bu günlər ilə müqayisədə 2-3 dərəcə yüksələcək”.BAKU.WS
Oxşar xəbərlər
Həftə sonu dənizə gedənlərə şad xəbər: 38 dərəcə isti olacaq
"Növbəti iki-üç gün ərzində Azərbaycan ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir”. Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Naz...