Qeyri-sabit hava şəraitinin neçə gün davam edəcək?
10
apr
2017
09:44
"Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 11-i gündüz saatlarınadək davam edəcək”.
Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, növbəti günlərdə hava şəraiti yağmursuz olacaq: "Sabah günorta saatlarından sonra hava şəraiti sabitləşəcək. Aprel ayının 12-də hava şəraitinin dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qarın nə vaxt kəsəcəyi vaxt bilindi
"Azərbaycanda fevral ayının 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir". BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlə...