Şou-əhli Zaura etiraz etdi: "Bu nə pornoqrafiyadır efirdə?" (FOTO, VİDEO)

Şou-əhli Zaura etiraz etdi: Bu nə pornoqrafiyadır efirdə? (FOTO, VİDEO)
Video
Şou-biznes 4433
Müğənni Elnarə Xəlilova və Günel Ələkbərova Zaur Kamalın aparıcılığına qarşı sərt fikir bildirib.BAKU.WS-in məlumatına görə, müğənnilər Zaur Kamalı dırnaqarası aparıcı adlandırıb. Teleaparıcıya qarşı olan mənfi fikirlər ötən gün canlı yayımda Sevil və Sevinc bacılarına zorla banan yedizdirməyə çalışması olub. Günel Ələkbərova: "Verlişə gələn qonaqlara istədiyi kimi davranır. Şit və yersiz zarafatlar edir, dəxlisiz atmacalar atır. Sən heç özünü apara bilmirsən o ki qaldı verliş. Ay Zaur Kəmal sən özünü nə hesab edirsən? sənə bu haqqı kim verib?" Elnarə Xəlilova: "Bəsdirin də camaatın əsəbi ilə oynadız! Bəsdirin də bu millətin tərbiyəsini pozduz! Hara baxır baxır TV rəhbəri? Bu nə pornoqrafiyadır efirdə? Ayıb deyil? Bəsdirin də! Xahiş edirəm bütün sənət adamlarından. Səsimə sə versinlər! Belə verlişlərə boykot etsinlər! Özlərini ucuz tutmasınlar. Heyf bizim incəsənətdən". İmanBAKU.WS

Son xəbərlər