Ölkə ərazisində faktiki hava açıqlanıb
Ölkə ərazisində faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış yağıb, bəzi yerlərdə intensivləşib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəranda 61, Astarada 57, Göytəpədə 35, Lerikdə 26, Yardımlıda 24, Rvarudda 14, Neftçalada 10, Kəlvəzdə 5 mm, Böyük Qafqazda - Əlibəy HMS-da 25.2, Zaqatalada 22, Nabran, Sarıbaşda 21, Qax, Balakəndə 15, Kişçay (Şəki), Oğuzda 14, Qəbələ, Şəkidə 10, İsmayıllıda 8, Altıağacda 5, Xaçmazda 4, Qubada 3, Xınalıq, Mərəzədə 2, Şabran, Şamaxıda 1 mm olub. Yağan leysan yağış nəticəsində Talaçayda, Kürmükçayda və Kişçayda sululuq artıb.
Düşən yağıntının miqdarı Qazax-Gəncə zonasında - Ağstafada 18, Tovuzda 14, Köçəsgər, Şəmkirdə 10, Ağdamda 8, Düz Qışlaq, Ceyrançöl, Dağ Kəsəmən, Ağdərədə 5, Gəncədə 4, Naftalanda 2 mm, Mərkəzi-Aran rayonlarında - Biləsuvarda 17, Salyan, Beyləqanda 9, İmişlidə 6, Tərtər, Göyçayda 4, Bərdə, Mingəçevirdə 3, Yevlax, Zərdabda 2, Kürdəmir, Sabirabad, Qazıməmməddə 1 mm, Kiçik Qafqazda - Gədəbəydə 11, Daşkəsəndə 9, Göygöldə 8 mm, Naxçıvan MR-da - Ordubadda 15, Şərurda 14, Naxçıvanda 7, Ağdərədə 5, Şahbuzda 1 mm, Bakıda və Abşeron yarımadasında 1-5 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Əlibəy HMS-da 30, Rvarudda 29, Lerikdə 28, Sarıbaşda 26, Kişçayda 16, Gədəbəydə 10, Daşkəsən, Altıağacda 8, Xınalıqda 7, Kəlvəz, Ağdərədə 6, Kükü (Şahbuz), Şahdağda 4, Göygöldə 3 sm olub.
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana 65 sm hündürlüyündə qar yağdı
Oktyabrın 17-si gündüzdən 18-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hid...