"O səs Türkiyə"yə çıxan azərbaycanlı Acuna təşəkkür etdi: Sənə görə ev, maşın aldım (VİDEO)

O səs Türkiyəyə çıxan azərbaycanlı Acuna təşəkkür etdi: Sənə görə ev, maşın aldım (VİDEO)
Video
Şou-biznes 5222
Məşhur “O səs Türkiyə” mahnı müsabiqəsində azərbaycanlı iştirakçı Ozan Əhmədovun ifası maraqla qarşılanıb.BAKU.WS-in məlumatına görə, o, Gipsy Kings-in “Bamboleo” mahnısını fərqli ifa edib. Belə ki, Ozan Əhmədov məşhur mahnının əvvəlinə Azərbaycan dilində sözlər əlavə edib. “Qazaxa gəl, Səməd Vurğunun ocağına gəl, Ədalətin ocağına gəl”, - deyə Ozan Əhmədov mahnıya belə başlayıb. Müğənni Yıldız Tilbe bunu eşidən kimi üzünü Ozana tərəf çevirib. Daha sonra müğənni Hadisə də azərbaycanlı iştirakçıya dəstək verib. Ozan Əhmədovun çıxışdan sonra dediyi sözlər də gülüşə səbəb olub. O bildirib ki, aparıcı Acun Ilicalı birinci dəfə müsabiqəyə dəvət edikdən sonra bu, ona düşərli olub, ev, maşın alıb. İkinci dəfə bu müsabiqəyə dəvət edildiyinə görə azərbacyanlı iştirakçı Acuna təşəkkür edib. Ozan Əhmədov sonra Hadisə ilə yola davam etməyi üstün tutub. NazimBAKU.WS

Oxşar xəbərlər

Azərbaycan qız canlı yayımda Türkiyəni heyrətləndirdi (VİDEO)

Azərbaycan qız canlı yayımda Türkiyəni heyrətləndirdi (VİDEO)

Türkiyənin məşhur verilişi “O səs Türkiyə”yə qatılan azərbaycanlı iştirakçı Aynurə Şirinova ifası, görünüşü ilə hər kəsi təəccübləndirib. BAKU.WS-in məlumatına...

10101 Şou-biznes 11:16 17 oktyabr 2017

Son xəbərlər