Nura Surinin ailəsində ağır itki
24
mar
2025
21:26
Müğənni Nura Surinin ailəsində ağır itki üz verib.
Bu barədə o, sosial media hesabında yazıb.
İfaçının dayısı oğlu Cavid bəy vəfat edib:
"Bu gün ailəmiz üçün çox ağır bir gün oldu. Böyük dayım, görkəmli alim və Slavyan universitetinin banisi Rasim Mirzəyevin oğlu Cavid 57 yaşında vəfat etdi. Cavidin anası 45 yaşında, bacısı 36 yaşında, dayım isə 62 yaşında rəhmətə gediblər. Bir ailənin bütün üzvləri bu dünyadan getdilər.
Kimsə bu dünyadan köçdüyü zaman ağlaya bilmirəm. Amma bu gün ürəyim partladı, göz yaşlarıma hakim ola bilmədim".
Qalereya
Oxşar xəbərlər
"A.B.İ." serialında gözlənilməz ayrılıq - Məşhur aktrisa layihəni tərk edir
Aktrisa Afra Saraçoğlu "A.B.İ." serialını tərk edəcək. BAKU.WS xəbər verir ki, layihədə vəkil Çağla obrazını canlandıran aktrisanın vida səhnələri artıq çəkili...