Nura Suri: Müğənniyə atılan şabaşı restoran işçiləri öz ciblərinə qoydular
28
iyl
2025
22:30
"Restoranlarda diqqətli olun, çünki sifariş etmədiklərinizi də sonda hesaba əlavə edib, sizdən pulunu ala bilərlər. Bunu edən işçilər həm restoran sahiblərini, həm də sizi aldadırlar".
Bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.
O, qeyd edib ki, ötən gün restoranların birində bu hal yaşanıb:
"Dünən restoranlardan birinin açılışı idi və bu hal yaşandı. Hətta müğənniyə atılan şabaşı restoran işçiləri toplayıb öz ciblərinə qoydular. Restoran işlədənlər işçilərə ciddi nəzarət etməlidirlər".
Oxşar xəbərlər
Tünzalə Ağayeva Xorvatiyada "Azərbaycan musiqisi gecəsi"ndə çıxış etdi
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində "Azərbaycan musiqisi gecəsi" təşkil olunub. Vatroslav Lisinski Konsert Kompleksində keçirilən gecədə tanınmış Azərbaycan...