Nura: "Bir-birindən fərqlənməyən kontent maraqsızdır"

Nura: Bir-birindən fərqlənməyən kontent maraqsızdır
Şou-biznes 4

"Bizim influenserlərin əksəriyyəti özlərini başqalarına oxşadaraq kontent kopyalayırlar. Halbuki kontent yaradan, səmimi və individual olan influenserlər də var və mən onları sevə-sevə izləyirəm".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.

O, yerli bloger və influenserləri xarici həmkarlarını təkrarladıqları üçün tənqid edib:

"Dünən UFC-yə dəvət olunanların əksəriyyəti bu gün demək olar ki, eyni tipli paylaşımlar edib. Bir-birindən fərqlənməyən kontent həm maraqsız, həm də bəsit görünür.

Xarici blogger və influenserlərə baxıb onları kopyalamağa çalışırsınızsa, vallah, alınmır. Biz onlar kimi deyilik. Onların həyat tərzi də, düşüncə tərzi də fərqlidir.

Məncə, ən önəmlisi individuallıqdır. İnsan məhz öz üslubu ilə yadda qalır, başqasının təkrarı olmaqla yox".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər