Nilay "Kızılcık Şerbeti"ni tərk edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur "Kızılcık Şerbeti" serialının prodüseri Faruk Turqut "Nilay" obrazını canlandıran Feyza Civelekin layihədən ayrılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
BAKU.WS xəbər verir ki, o, aktrisanın anası və serialın ssenaristi Melis Civelekin kast seçimlərinə təsir göstərməsi barədə fikirləri təkzib edib.
Turqutun sözlərinə görə, serialın yeni mövsümünə qədər hələ uzun müddət var və bu müddətdə müxtəlif dəyişikliklər baş verə bilər.
Prodüser qeyd edib ki, Feyza Civelekin serialdan ayrılması layihənin gələcəyinə ciddi təsir göstərə bilər və ssenari müəllifini çətin vəziyyətdə qoyacaq qərarın tərəfdarı olmaq istəmir.
Xatırladaq ki, daha əvvəl serialın aktyorlarından Doğukan Güngör narkotik testi səbəbindən layihədən uzaqlaşdırılmış, Feyza Civelekin serialda qalması isə sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Oxşar xəbərlər
Hande 2 milyonluq saatı ilə padel oynadı
Məşhur aktrisa Hande Erçel aksessuarı ilə gündəm olub. BAKU.WS xəbər verir ki, onun Dubayda kortda padel oynayarkən qolundakı bahalı saatı diqqət çəkib. Erçel...