Nərmin Kərimbəyova bayram konsertində səhnə aldı
Zəfər Gününün 5 illiyi münasibətilə Dənizkənarı Milli Parkda "Zəfər konsert"i reallaşıb. Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən xalq konsertində çoxsaylı estrada nümayəndələri səhnə alıb.
BAKU.WS xəbər verir ki, gecənin parlayan ulduzlarından biri də, daim vətənpərvər ifaları ilə sevilən sənətçi Nərmin Kərimbəyova olub.
İfaçı uzun illər əvvəl ona uğur gətirən "Qələbənin yolları" nəğməsi ilə bayrama ayrıca coşqu qatıb.
Kərimbəyova bundan sonrakı yaradıcılıq illərində də yeni vətənpərvər nəğmələrini repertuarına əlavə edəcəyini deyir.
Xüsusi bayram ab-havasından olduqca zövq alan müğənni, vətənimizə daima belə xoş günlər arzulayaraq, belə silsilə günlərdə yer almağın qürurunu dilə gətirib.
Qalereya
Oxşar xəbərlər
44 yaşlı Dima Bilan baba oldu
44 yaşlı Dima Bilan baba olub. BAKU.WS xəbər verir ki, sənətçi bu xəbəri sosial mediada paylaşıb. O hadisə ilə bağlı qısa bir şərh verməklə kifayətlənərək heç...