Nazirlikdən hava xəbərdarlığı: qar yağacaq

Nazirlikdən hava xəbərdarlığı: qar yağacaq
Şou-biznes 4102

 

Sentyabrın 28-dən 29-u gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Sentyabrın 29-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sentyabrın 28-dən oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq

Azərbaycanda hava kəskin dəyişəcək, sulu qar yağacaq

Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqda xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...

2467 Şou-biznes 13:52 22 sentyabr 2016

Son xəbərlər