Nazirlikdən hava xəbərdarlığı: bəzi yerlərdə qar yağacaq

Nazirlikdən hava xəbərdarlığı: bəzi yerlərdə qar yağacaq
Şou-biznes 1219
 

Oktyabrın 8-dən 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 09-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 08-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 09-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanda hava dəyişəcək, sabah Bakıda güclü külək əsəcək, oktyabrın 9-da isə havanın temeraturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir. Ekol...

1221 Şou-biznes 13:28 07 oktyabr 2015

Son xəbərlər