Sabahdan havalar soyuyacaq, yağış yağacaq
Oktaybrın 2-i günün ikinci yarısından şimal və qərb rayonIarından başlayaraq, oktyabrın 6-sı gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi ğözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, həmin müddətdə havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək. Hava əsasən rayonlarda yağıntılı olacaq.
Oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzu yerlərdə qısamüddətli yağış yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktaybrın 2-də hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonIarından başlayaraq, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntının leysan xarakterli, intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün 30 dərəcə isti olacaq
Bu gün Azərbaycanın bəzi yerlərində duman olacaq, qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentind...