Sabahın hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 31-36 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Bu günün hava proqnozu
Bu gün Bakı və Abşeron yarımadasında sentyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və T...