Sabahdan hava dəyişir

Sabahdan hava dəyişir
Şou-biznes 1911

Azərbaycanın bəzi yerlərində duman olacaq, qısamüddətli yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, mülayim şərq küləyinin əsəcəyi ehtimalı var. Havanın temperaturu Abşeron yarmadasında gecə 16-20, gündüz 26-30 dərəcə, Bakıda isə gecə 17-19 dərəcə, gündüz 26-30 dərəcə isti olacaq. Azərbaycanın rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda isə gecə 10-15 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bu gün romantik hava olacaq

Bu gün romantik hava olacaq

Bu gün hava yağmurlu keçəcək. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, sentyabrın...

1283 Şou-biznes 08:35 26 sentyabr 2015

Son xəbərlər