Sabah hava daha da soyuyacaq

Sabah hava daha da soyuyacaq
Şou-biznes 1008

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz isə dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 18-də havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 24-27, Bakıda gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 24-29, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bu günün havası

Bu günün havası

Bu gün Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlə...

1158 Şou-biznes 08:58 16 sentyabr 2015

Son xəbərlər