Bakıda hava soyuyacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacaq, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Aytən Səfərova: "Bizimkilər "Trendyol"a qoşulandan "zayı" çıxdı"
Aparıcı Aytən Səfərova "Trendyol"un Azərbaycan bölməsindən şikayət edib. BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu barədə "Xəbər ertəsi" proqramın...