Sabah yağış yağacaq, şimşək çaxacaq

Sabah yağış yağacaq, şimşək çaxacaq
Şou-biznes 1221
 

Azərbaycanda hava dəyişəcək, sabah Bakıda güclü külək əsəcək, oktyabrın 9-da isə havanın temeraturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əcəcək.

Havanın temperaturu gecə 16-19, günün birinci yarısında 20-23, ikinci yarısında 15-17 dərəcə isti olacaq.

Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişiləcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, 9-da havsnın tempeturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir. Bu da meteohəsas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında oktyabrın 8-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah şimşək çaxacaq, yağış yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində şimşək çaxacaq, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə...

769 Şou-biznes 13:47 05 oktyabr 2015

Son xəbərlər