Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 2

Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-27 dərəcə isti olacaq.   Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağntının leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 14-19, gündüz 23-28, dağlıq ərazilərdə gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq. Oktyabrın 3-5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bu günün havası

Bu günün havası

Bu gün Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam yarımadanın bəzi yerlə...

1158 Şou-biznes 08:58 16 sentyabr 2015

Son xəbərlər