Yağış, külək və bulud: soyuqlar düşdü

Yağış, külək və bulud: soyuqlar düşdü
Şou-biznes 1083

  Bu gün Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-22, gündüz 24-26 dərəcə isti olacaq.   Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacaq, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 24-28, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacaq. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Bakıda hava soyuyacaq

Bakıda hava soyuyacaq

Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya De...

1259 Şou-biznes 13:35 16 sentyabr 2015

Son xəbərlər