Nazirlikdən hava xəbərdarlığı
                            
                                23
                                okt
                            
                                2016
                                12:51
                            
                            
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 9-11 ° isti təşkil edəcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən hava xəbərdarlığı: 25-dək davam edəcək
Sabah Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorolo...