Nail Naiboğlu ilk dəfə həyat yoldaşının ölümündən DANIŞDI - VİDEO
17
dek
2018
10:49
ARB TV-nin “Öz evimizdir” verilişinin növbəti qonağı rejissor Nail Naiboğlu olub.Bir il öncə həyat yoldaşını itirən rejissor bu haqda ilk dəfə “Öz evimizdir”ə danışıb:“Bir günün içində baş verdi. Axşam montajda idim, oğlum zəng etdi ki, “ata, evə gəl, anamın halı yaxşı deyil”. Gəlib, gördüm ki, özündə deyil, dodaqları qaralıb. Soruşdum nə olub? Dedi “elə bil məni boğurlar”. Oturdum yanında, İlahəyə yazdım ki, Güləri itirsəm mənə çox çətin olar . Heç bir xəstəliyi yox idi. Biraz artıq çəkisi var idi. Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi. Dişlərinin müalicəsi gedirdi, onu gözləyirdik. Amma müalicə bitmədən dünyasını dəyişdi. Öləndə dişlərini də yanında basdırdıq”.BAKU.WS
Oxşar xəbərlər
Röya Aygün Kazımovanın repertuarından "Uzaqlıq"ı seçdi
Pop kraliça, Xalq artisti Röya Ayxan diva, Xalq artisti Aygün Kazımovanın repertuarından sevilən "Uzaqlıq" mahnısını fərqli ifa tərzi ilə təqdim edib. BAKU.WS x...