Nadir Qafarzadə Rövşən Lənkəranski haqqında: “İllər öncə onun toyunda oxumuşdum”

Nadir Qafarzadə Rövşən Lənkəranski haqqında: “İllər öncə onun toyunda oxumuşdum”
Şou-biznes 12388

Son günlər qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən müğənni Nadir Qafarzadə avtoritet Rövşən Lənkəranskinin qətlindən möhkəm sarsılıb.

BAKU.WS xəbər verir ki, ifaçı "İnstagram” bloqunda ölüm xəbərindən çox üzüldüyünü qeyd edib.

"Bu xəbər, bir vətəndaş olaraq məni çox sarsıtdı. Tanışlığımız olmasa da, eşitdiyimə görə, çox cəsur, qeyrətli bir oğulu, Rövşən qardaşımızı itirdik... Rəhmətliyin toyunu illər öncə mən aparmışdım - oxumuşdum. Toyunda "Xoşbəxt ol, mübarək olsun toyun!” dedim. Bəs indi nə deyim?! Allah yaxınlarına səbr versin. Başın sağ olsun Azərbaycan! Xalqımızın axır qəmi olsun...” – deyə, N.Qafarzadə yazıb.

Xatırladaq ki, ötən gün Türkiyədə - Beşiktaşda bir oteldən çıxan azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranski və adamlarının görüntüləri müşahidə kamerasına düşüb. Lüks bir cipə minərkən odlu silahdan açılan atəş nəticəsində yaralanan Rövşən Lənkəranski dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin bütün cəhdlərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. 

Onun  cənazəsi artıq Azərbaycana gətirilib. Hazırda Lənkəran şəhərində "qanuni oğru”nun dəfninə hazırlıq gedir.

Aysel Şirinzadə

BAKU.WS

Son xəbərlər