Müsəlman jurnalist izah edir: Ramazan müsəlmanlar üçün niyə bu qədər əhəmiyyətlidir?

Müsəlman jurnalist izah edir: Ramazan müsəlmanlar üçün niyə bu qədər əhəmiyyətlidir?
Şou-biznes 1209
Müsəlman jurnalist Rabiya Limbadanın bütün çətinliklərə baxmayaraq niyə Ramazan ayını səbirsizliklə gözlədiyini izah edib.BAKU.WS BBC Azərbaycan-a istinadən məqaləni təqdim edir:"Deməli siz 30 gün ərzində dayanmadan oruc tutursunuz?", "Nə vaxtsa orucu pozmuşunuz?", "Heç su da içmirsiniz?". Bu, hər il Ramazan ayında mənə və dostlarıma ünvanlanan üç ən geniş yayılmış sualdır.Onu deyim ki, yox, yalnız gün çıxandan gün batana qədər. Heç vaxt orucumu pozmamışam, ancaq belə hallar mümkündür. Heç su da içmək olmaz!Valideynlərim Yəmən və Burmadan köçüb, özüm Londonun şərqində doğulub böyümüşəm. Bütün dünyadakı müsəlman ailələrində olduğu kimi, mənim ailəmdə də Ramazan ayının gəlişinə doğru bir hərəkətlilik yaranır. Gəlin səbəbini izah edim.SaflanmaBiz yeməksiz və susuz uzun günlərdən və ibadət və zikrlə keçən uzun gecələrdən zövq alırıq. Qəribə səslənsə də, növbəti 30 gün ərzində biz İslam təqvimində ən müqəddəs ay sayılan Ramazan ayının mükafatlarını qazanmaq üçün həvəslə həyat tərzimizdə əhəmiyyətli dəyişiklik edəcəyik.Gün çıxandan gün batana qədər yemək yeməmək Ramazan ayının ən vacib hissəsi olsa da, bu ay həm də saflanma ayıdır. Onu tez-tez mənəvi düşərgəyə bənzədirlər.Allaha yaxın olmaq vaxtıQurana görə Ramazan Allaha yaxın olmaq ayıdır. Biz uzun ibadət və dualarla buna nail olmağa çalışırıq. Biz həyatın bəzi nemətlərindən qısa müddətə imtina etməklə onların dəyərini dərk edirik. Bu ay həmçinin dünyada yemək və suya möhtac olan bir çox insanlara mərhəmət hissi yaranır.
Bir çox müsəlman Ramazanda Quranı dəfələrlə oxuyurHazırlıqBütün böyük hadisələrdə olduğu kimi, ona hazırlaşmaq çox vacibdir. Ən əhəmiyyətli hazırlıq isə mənəvi hazırlıqdır. Biz ibatədlərimizi artırır və Quran oxumağa daha çox vaxt sərf edirik.Mən yalnız Ramazan ayında edilən gecə ibadətlərini həyata keçirmək üçün daha gec yatmağa çalışıram. Bəzi insanlar isə bədənlərini Ramazan ayına hazırlamaq üçün ondan əvvəl də bir neçə gün oruc tuturlar.Mənim bir dostum Ramazana bir neçə ay qalmış hazırlıq üçün qəhvə içməyi azaldır. O deyir ki, Ramazan ayında ona kofeinsiz qalmaq aclıqdan daha çətin olur. Bu, kiçik bir təfərrüat olsa belə, məqsədi müqəddəs aya fiziki və mənəvi hazırlıqdır. Bununla yanaşı praktiki hazırlıq da var.Biz əvvəlcədən çoxlu yemək hazırlayırıq. Ramazan ayı başlayana qədər soyuducu dadlı Şərq yeməkləri ilə dolu olur. Bu cür yemək hazırlığı imkan verir ki, biz ibadətə daha çox vaxt ayıra bilək.Erkən başlanğıcBritaniyada sahur (obaşdanlıq) üçün saat 2:30-da oyanırıq. Bu təbii ki asan deyil. Vaxt keçdikcə oyanmaq daha da çətinləşir və özünü aldatmağa çalışırsan ki, səhər yemədən dözə bilərsən.Lakin təxminən 18 saat orucluq üçün bir neçə tikə yemək və su çox əhəmiyyətlidir. Bir çox ailələr saat 2:00-də hələ də ağır yeməklər yeyirlər. Bu, heç də Ramazanın ruhuna uyğun deyil. Buna görə də sağlamlıqla bağlı sosial media vasitəsilə məsləhətlər verilir.Ramazan ayında müsəlmanlar bir-birinə dəstək olur. Müsəlmanların çox yaşadığı bəzi bölgələrdə sahur zamanı işıqların yanmadığı evlərə xəbər etməyə çalışırlar. Telefonla zəng edib gün çıxmadan bir tikə yeməyə səsləyirlər. Vaxt keçdikcə orucluq da asanlaşmağa başlayır. Bədəniniz bu rejimə vərdiş edir. Daha az yuxuya ehtiyacınız olduğunu görürsünüz.Qeyri-müsəlman dostlarınızın və ya iş yoldaşlarınızın sizinlə birgə oruc tutması çox xoşdur. Baxmayaraq ki, bir çoxları oruc tuta bilməyəcəklərini deyir, onlar bunu bacarır.Bir il bacımla oruc tutmuş dostumuzun isə elə də xoş xatirələri yoxdur. O, ictimai soyuducudan iftar yeməyini götürmək istəyəndə aydın olmuşdu ki, kimsə onu oğurlayıb!
Rabiya deyir ki, bəzi müsəlmanlar Ramazan ayında sosial mediadan da kənarlaşırMənəvi detoks18 saat yeməksiz və susuz çox uzun müddətdir. Tez-tez soruşurlar ki, vaxtı necə keçiririk. Ən dürüst cavabı ibadət və dualardır.Quran ilk dəfə bu ayda nazil olub və biz də bu ay rahatlıq tapırıq. Müsəlmanlara gündə beş vaxt namaz qılmaq fərzdir. Onlar bu ay ərzində Quran oxuyur və ona əməl edirlər.Orucluq ayından kənarda bizi bunları etməkdən yayındıran bir çox səbəblər ola bilər. Lakin bu ayda hər şey dəyişir, fərqli olur. Bəzi insanlar hətta sosial mediadan istifadəyə ara verir, TV-ə baxmağı dayandırır və sosial fəaliyyətlərini məhdudlaşdırırlar.Diqqəti yayındıran bu səbəblərdən imtina etməklə biz sanki mənəvi detoks etmiş oluruq. İnsanların Ramazan ayında Quranı dəfələrlə oxuması haqqında eşidirik. Onun təxminən 900 səhifədən ibarət olduğunu nəzərə alsaq, bu yetərincə böyük nailiyyətdir.İslama görə biz orucluğun Allah üçün tutulduğuna inanırıq. Bu ay hətta bir çox İslam qaydalarına əməl etməyən müsəlmanların da oruc tutmağa cəhd etməsi və məscidləri ziyarət etməsi məni heyrətləndirir.XeyirxahlıqOrucluqdan savayı Ramazan həm də xeyirxahlıq ayıdır. Bu ay xeyriyyə tədbirləri də mühüm yer tutur. İslamın beş şərtindən biri də zəkatdır. Hər il biz qazancımızın 2.5 faizini ehtiyacı olan insanlara veririk.Xeyriyyə Komissiyasının məlumatına görə Britaniya müsəlmanları 2016-cı ilin Ramazan ayında xeyriyyə kimi təxminən 135 milyon dollar veriblər.Bir çox xeyriyyə təşkilatları bu ay dünya boyunca bir sıra layihələri həyata keçirmək üçün pul toplayır. Ramazan ayında biz həmçinin dostlarımıza və ailəmizə kömək üçün vaxt ayırırıq.Dostlarımdan biri namaz xalçaları və İslam ədəbiyyatı toplayaraq müsəlman qadın məhbuslara paylayır. Hər bir kiçik hərəkət yaxşı nə isə etmək arzusundan irəli gəlir.Günəşin batışıİftara bir saat qalmış çox gərgin keçə bilər.Yadımdadır ki, uşaq olanda anam iftara az qalmış tələsik samosa qızardardı ki, mən və bacılarım isti-isti qonşularımıza aparaq. Hələ də bu son bir saat mənim üçün günün ən yaxşı vaxtıdır.İndi isə mən hazırladığım yeməyi uşaqlarımla birgə iftardan əvvəl qonşulara paylamaq üçün göndərirəm. Baxmayaraq ki, bir çox ailələr Ramazan ayında bir yerdə daha çox vaxt keçirirlər, hər kəsin də belə imkanı olmur.Dostum deyir ki, bir çox hallarda onun atası orucunu yerli məsciddə açır. O isə orucunu təkbaşına açmalı olur. Qohumlardan və ya dostlardan bir yerdə oruc açmağa dəvət hər şeyi dəyişə bilər.İlk dişləkHamımız iftarın gəlişini səbirsizliklə gözləyirik. Son bir neçə ildə Ramazan yayın ortasına düşüb və Britaniyada günlər həddən artıq uzun və isti keçib. Bu isə iftar gözləntilərini artıra bilər.Bir dəfə dostu bacımı iftar üçün evinə dəvət etmişdi. Günəşin batışını gözləyərkən o, qarşısındakı yeməklərdən gözünü çəkə bilmir, elə hey samosaların içində nə olduğunu soruşurdu. Mənə deyirdi ki, səhvən ağzına qoyduğu tuna samosasını tüpürməkdən özünü güclə saxlayıb!İftar vaxtı mənəvi dərinlik vaxtıdır. Bizim evdə orucu xurma, meyvə və soyuq kokteyllə açmaq adətdir.Londondakı evimin pəncərəsindən günəşin batışını izləyərkən ağlıma iftar vaxtı yeməyi olmayan insanlar gəlir.Dinə inancımızı artırdığı üçün, biz bu ayı digərlərindən üstün tuturuq. Günlər sanki ibadət və möminlik ətrafında formalaşır. Bunun özü də bir sadəlikdir.BAKU.WS

Oxşar xəbərlər

Vaxt olanda oruc tutan məşhurlarımız - SORĞU

Vaxt olanda oruc tutan məşhurlarımız - SORĞU

Bu gün müqəddəs Ramazan ayının altıncı gününü yaşayırıq.BAKU.WS xəbər verir ki, milli.az bu münasibətlə yerli şou nümayəndələrindən kimlərin oruc tutub, tutmadı...

1873 Şou-biznes 10:34 22 may 2018

Son xəbərlər