Bayramlarla əlaqədar ardıcıl 4 gün İŞ OLMAYACAQ
Noyabrda ardıcıl dörd gün iş olmayacaq.
BAKU.WS-in məlumatına görə, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bu il hər iki tarix şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 10 və 11 noyabr tarixləri də qeyri-iş günü elan ediləcək.
Beləliklə, noyabrın 8-dən 11-dək - dörd gün ardıcıl qeyri-iş günü olacaq.
Qeyd edək ki, 12 Noyabr Konstitusiya Günü və 17 Noyabr Milli Dirçəliş Günü olsa da, bu tarixlər iş günü hesab olunur.
Bundan əlavə, Əmək Məcəlləsinin 108-ci maddəsinə uyğun olaraq, bayramlardan əvvəlki son iş gününün müddəti bir saat azaldılır. Bu səbəbdən 7 noyabr tarixində iş vaxtı adi günlərə nisbətən bir saat qısa olacaq.
Oxşar xəbərlər
Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb
Bu gün Xanabad kəndinə yola salınan ilk köç karvanı Xocalı şəhərinə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk mərhələdə Xanabad kəndinə 38 ailə (15...