Gəncə Ailə Sağlamlıq Mərkəzi əsaslı TƏMİR OLUNACAQ - 1,1 milyonluq LAYİHƏ
03
noy
2025
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində yerləşən Üzeyir Hacıbəyli adına Ailə Sağlamlıq Mərkəzi əsaslı təmir olunacaq.
BAKU.WS-in məlumatına görə, bununla bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanası publik hüquqi şəxs tərəfindən açıq tender elan edilib.
Layihənin ümumi dəyəri 1 milyon 169 min manat təşkil edir.
Qeyd edək ki, tender Gəncə şəhəri, Nizami prospekti 412 ünvanında yerləşən Ailə Sağlamlıq Mərkəzinin əsaslı bərpasını və yenilənməsini əhatə edir. Bu addım şəhər sakinlərinə göstərilən tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Qarabağda BÖYÜK LAYİHƏ: 17.5 milyonluq memorial kompleks tikiləcək
Füzuli şəhərində Memorial Kompleksin tikintisi həyata keçiriləcək. BAKU.WS-in məlumatına görə, bununla bağlı "Əsaslı Tikinti və Təchizat" MMC tərəfindən satına...