Ramazan təqvimi açıqlandı
15
may
2018
15:08
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.“Report” xəbər verir ki, təqvimdə Ramazan ayının namaz vaxtları, o cümlədən imsaq və iftar vaxtları qeyd olunub.Təqvimdə eyni zamanda, Ramazan ayının gündəlik duaları yer alıb. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecədir. Bu da iyunun 3-nə təsadüf edəcək. İkinci Əhya gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-nə təsadüf edir. Üçüncü Əhya gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu Əhya gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) olacaq. Qeyd edək ki, şəvval ayının 1-i (15 iyun) Fitr bayramıdır.BAKU.WS
Oxşar xəbərlər
Ramazan ayında qədr gecələrinin vaxtı açıqlanıb
Ramazan ayında 4 Əhya gecəsi (qədr gecəsi) olacaq."Report" xəbər verir ki, ilk qədər gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə baş verəcək.Bu da iyunun 3-də...