Bu rayonun icra başçısının müavini və daha iki nəfər HƏBS EDİLDİ

Bu rayonun icra başçısının müavini və daha iki nəfər HƏBS EDİLDİ
Siyasət 297

Qaradağ Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini barəsində həbs qətimkan tədbiri seçilib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilib.

Məhkəmənin qərarı ilə Qaradağ rayon icra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov məhkəmənin qərarı ilə 3 ay 28 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslər rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, ötən gün Korrupsiya qarşı Mübarizə Baş İdarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirib. Bu barədə xəbəri ilk unikal.org yayıb

***09:07

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı üç nəfər saxlanılıb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, icra başçısının müavini Nadir Muradov və Təsərrüfat şöbəsində baş məsləhətçi-mühəndis vəzifəsində çalışan Qafar Abdullayev barəsində 4 aylıq həbs qərarı çıxarılıb.

Bundan başqa, İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin digər əməkdaşının da saxlanıldığı bildirilir.

Son xəbərlər