Müğənni taksi sürücüsü ilə dalaşdı - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Mühür" mahnısı ilə məşhurlaşan türkiyəli müğənni Irmak Arıcı xoşagəlməz hərəkəti ilə bütün diqqətləri üzərinə çəkib.
BAKU.WS xəbər verir ki, tıxacda qalan sənətçi taksi sürücüsü ilə mübahisə edib. Daha sonra böyüyən mübahisə davaya çevrilib. Irmak sürücünün qarşısına keçərək ona dəfələrlə tüpürüb. Həmin anlar anbaan kameralar tərəfindən görüntülənib. Taksi sürcüsü müğənnini polisə verib.
Irmakın videosu bütün sosial platformalarda paylaşılaraq yayılıb. Sosial şəbəkə istifadəçiləri müğənninin bu hərəkətini tənqid ediblər.
Mövzu ilə bağlı açıqlama verən sənətçi bunları deyib:
“Mən ona xəbərdarlıq etmək məqsədilə siqnalı basdım. Amma o, əl-qol hərəkətləri edərək məni təhqir etməyə başladı. Qaçmaq istədim, amma maşını üstümə sürdü”.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...