Müğənni Saşa komaya düşüb
Müğənni Saşa Project (Oksana Kabunina-Ginsburq) komadadır.
BAKU.WS Shot Telegram kanalına istinadən xəbər verir ki, buna səbəb onun intihar etməsi ola bilər.
38 yaşlı ifaçı bir gün əvvəl Sevastopolski prospektindəki mənzilindən xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn tibb işçiləri qadını huşsuz vəziyyətdə aşkarlayıblar. Müğənniyə zəhərlənmə diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Kabunina-Ginsburq 2000-ci illərdə "We Really Need You" və "White Dress" mahnıları ilə məşhurlaşıb, lakin sonradan "yoxa çıxıb". Məlum olub ki, o, uğursuz plastik əməliyyatın qurbanı olub: müğənninin yaddaş, görmə, eşitmə və danışma problemləri yaranıb.
Oxşar xəbərlər
Aygün Kazımovanın başında üzərlik alışdı
Xalq artisti Aygün Kazımovanın başında üzərlik yanıb. BAKU.WS xəbər verir ki, hadisə xına məclislərindən birində yaşanıb. Şairə Nazilə Səfərli qeyd edib ki, mə...