"Miss Russia 2025" qalibi real həyatda necə görünür?

"Miss Russia 2025" gözəllik müsabiqəsinin finalı ötən həftəsonu baş tutub. Artıq yarışmanın qalibi Anastasiya Venza bəzi artıq tənqid dolu şərhlərlə üzləşib.
BAKU.WS xəbər verir ki, Moskva şəhərindən olan 22 yaşlı Anastasiya Venzanın tacını alar-almaz internetdə qəzəb fırtınasına rast gəlib. Onun ünvanına "Plastik əməliyyatsız model seçəndə mənə zəng edin", "Bu, gözəllik müsabiqəsidir, yoxsa kosmetologiya?", "Əvvəllər fərdilik var idi, indi ümumi şablon var", "Təbii gözəllik! Xeyr, heçnə görmədim!" kimi şərhlər yazılıb.

Onu ən çox tənqid edənlərdən biri isə yarışmanın 2022-ci ildəki qalibi Anna Linnikova olub.
O, bloqunda "Bu biabırçılıqdır. Qalibin Rusiyanı beynəlxalq miqyasda təmsil etməsini təsəvvür edə bilmirəm... Bu qız nə Miss, nə də model ola bilər" -deyə qeyd edib.

Buna baxmayaraq Venza soyuqqanlılığını qoruyur və ictimai müzakirələrdən qaçır. O Rusiyanı bu ilin ilin noyabrında Taylandda keçirilən "Kainat gözəli" müsabiqəsində təmsil edəcək. Model mənfi rəyləri dəf etmək məqsədilə şəxsi bloqunun şərh bölümünü bağlayıb.
Anastasiyanın sosial şəbəkələrdəki fotolarına baxanda, onun həqiqətən də Photoshop-dan istifadə etdiyi bilinir.

Lakin buna baxmayaraq o əvvəlki görünüşünü də gizlətmir. Onun səhifəsində çoxlu arxiv fotoları var.
Məlumat üçün bildirək ki, Anastasiya Venza İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tələbəsidir və o cərrah olmaq üçün təhsil alır. Təhslini başa vurduqdan sonra kosmetologiya və estetik tibb sahəsində karyera qurmağı düşünür.

Modellik karyerası çox erkən, 13 yaşında başlayıb. O, Moskva Moda Həftəsində iştirak edib. Hətta Yaponiyada da işləyib. Brendlər üçün reklam çəkilişləri edib.
Qalereya
Oxşar xəbərlər
Huşunu itirərək xəstəxanaya yerləşdirilən aktrisa EVƏ BURAXILDI
Sentyabrın 16-də huşunu itirərək xəstəxanaya yerləşdirilən aktrisa Ahu Yağtudan xəbər var. BAKU.WS xəbər verir ki, "Beyin anevrizması" (Anevrizma qan damarların...
