Milyarddan çox baxış toplayan azərbaycanlı müğənnilər - VİDEO - SİYAHI

Milyarddan çox baxış toplayan azərbaycanlı müğənnilər - VİDEO - SİYAHI
Video
Şou-biznes 9946

Şou-biznes əhli zaman-zaman şəxsi həyatları, bahalı və lüks yaşayış tərzləri ilə gündəmə gəlsələr də, onlar arasında sənət nümayiş etdirənlər də az deyil. Səhərdən axşama qədər təmtəraqlı məclislərdə sevilən ifalarını təqdim edən sənət adamları əldə etdikləri gəlirlə mahnı alır, eyni zamanda bahalı kliplər çəkdirirlər. Ərsəyə gətirdikləri həmin ekran işlərini isə şəxsi yutub kanallarına yerləşdirərək sevənlərinin ixtiyarına verirlər. Bu platformaya ümumi olaraq nəzər salsaq, əksər ifaçılarımızın milyonlarla baxış sayı yığan kliplərini görmüş olarıq.

Bu dəfə BAKU.WS saytı olaraq yutub sosial platformasında klipləri daha çox izlənilən azərbaycanlı müğənnilərin kimliyini araşdırdıq. Onların siyahısını siz oxucular üçün təqdim edirik:

Yutubda klipləri ən çox izlənilən məşhurlar arasında müğənni Üzeyir Mehdizadə ilk yerdədir. Onun şəxsi yutub kanalının 1 milyon 88 min abunəçisi mövcuddur. Bu platformada 2012-ci ildə özünə kanal açan Üzeyirin ən çox baxılan klipi “Yaxşı olar” mahnısına çəkilən ekran işidir. Sənətçinin bu klipi nə az nə çox, 283 milyon dəfə izlənilib. Sənətçinin kanalındakı kliplərin ümumi baxışı isə 877 milyondan çoxdur.

Son xəbərlər