Məşhurların məzun övladları - FOTOLAR
Son zəng çalındı, minlərlə şagird orta məktəb illərinə "əlvida" deyib yeni həyata qədəm qoyur. Paytaxt məzunları sırasında məşhurların da övladları var.
BAKU.WS publika.az-a istinadən yerli məşhurlarımızı övladları ilə təqdim edirik.
Xalq artisti Nəzakət Teymurovanın yeganə övladı Nigar "Dünya məktəbi"ni bitirib. Xanəndə xanım qızının tezliklə tələbə adını qazanacağına əmindir:
"Qızım savadlı və ağıllıdır, inanıram ki, bu il tələbə adını qazanacaq. Sənədlərini 3-cü qrupa verib. Mən onun ingilis dili müəllimi olmasını istəyirəm, atası isə hüquqşünas. Amma Nigar ya ingilis, ya da fransız dili üzrə tərcüməçi olmaq arzusundadır".
Əməkdar artist, rejissor və aktyor Nicat Kazımovun oğlu Mirsənan Kazımlı da məzun olanların sırasındadır. Atatürk liseyini bitirən Mirsənan xaricdə təhsil almağı planlaşdırıb. Atasının dediyinə görə, Türkiyədə oxumaq arzusunda olan oğlu onun yolunu davam etdirəcək, gələcəyin səhnə adamı olacaq.
Tünzalə Ağayevanın gözünün ağı-qarası bircə övladı olan Fidan da orta məktəb illərinə "əlvida" deyib. Qızının sevincli günündə qürur hissi keçirdiyini deyən əməkdar artist peşə seçimini Fidanın ixtiyarına buraxıb. Dediyinə görə, Fidan anası kimi incəsənət sahəsində çalışmayacaq: "Sənədlərini birinci qrupa təqdim edib. İxtisas seçiminə müdaxilə etməmişəm. Öz seçimidir".
Əməkdar artist, aktyor Nofəl Vəliyevin qızı Qönçə də bu il məzun olan məşhurların övladları sırasındadır. Atasıın dediyinə görə, Qönçənin gələcək peşə seçimi valideynlərinin də ürəyincədir. Belə ki, Qöncə sənədlərini 3-cü qrupa təqdim edib, universitetə hazırlaşır.
BAKU.WS
Oxşar xəbərlər
18 yaşlı şagirdi ilə evlənən 32 yaşlı müəllimə: "Biz bir-birimizi sevirik"
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 301 saylı orta məktəbdə maraqlı hadisə baş verib. Mətbuatda yayılan məlumatlara görə, məktəbin ingilis di...